ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır

Baş səhifə
ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində Venesuela ərazisinə hücum planları ilə bağlı sualı “yox”, – deyə cavablandırıb.

Tramp həmçinin ABŞ-nin yeraltı nüvə sınaqlarını bərpa edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.

“Çox tezliklə bunu biləcəksiniz”, – Tramp jurnalistlərə bildirib.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Amerika ordusuna 33 illik fasilədən sonra dərhal nüvə silahı sınaqlarını bərpa etməyi əmr etdiyini açıqlamışdı.