
Bakı. Trend:
UFC-nin keçmiş çempionu, ən yüngül çəkidə qarışıq əlbəyaxa döyüş
sənətləri (MMA) ustası Deyveson Fiqeredo avtomobil qəzasına
düşüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Braziliyalı döyüşçü bu haqda məlumatı öz sosial şəbəkə
səhifəsində yayıb.
“Bu gün mən avtomobil qəzasına düşmüşəm. Çox güman ki, təqibdən
qaçan bir qadın sürücü yüksək sürətlə hərəkət edirdi və anidən
yoldan çıxıb mənim avtomobilimin ortasına çırpıldı. Nəticədə mənim
olduğu maşın bir neçə dəfə fırlanaraq aşdı”,- deyə Fiqeredo
yazıb.
İnsident döyüşçünün yaşadığı Florida ştatında yaşanıb və
xoşbəxtlikdən idmançı ağır travmalar almayıb.


