HƏMAS bu gün daha iki israilli əsirin meyitini qaytaracaq

Baş səhifə

Bakı. Trend:

HƏMAS bu gecə daha iki israilli əsirin meyitini təhvil
verəcəklərini açıqlayıb.

Trend xəbər
verir ki, bu barədə qruplaşmanın yazılı bəyanatında qeyd
olunub.




Bildirilib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması
çərçivəsində bu gün dağıntılar altından çıxarılan iki israilli
əsirin meyiti bu axşam təhvil veriləcək.

Həmçinin qeyd olunub ki, əlavə meyitlərin təhvil verilməsi üçün
Qəzzada dağıntılar altındakı meyitləri çıxarmaq məqsədilə xüsusi
texnikaya ehtiyac var.