Bakıda komendant işlədiyi binada yıxılaraq ölüb.
“Report” xəbər verir ki, Nəsimi rayonu Mərdanov qardaşları küçəsi ev 39-un təmir işləri aparılan birinci mərtəbəsindən komendant işləyən 1959-cu il təvəllüdlü Xeyrulla Məhərrəm oğlu Kişiyev ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə kişi aldığı xəsarətlərdən ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

