
Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların aparılmasının tərəfdarıdır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Avropalıların qeyri-konstruktiv mövqeyi, əlbəttə ki, vəziyyətin gündən-günə daha da çətinləşməsinə gətirib çıxarır. Danışıqların aparılmasını vacib hesab edirik. Əlbəttə, suveren ölkə olan İrana bu şəkildə həddindən artıq təzyiq göstərmək üçün heç bir əsas yoxdur”, – o bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


