
Bakı. Trend:
Rusiya diplomatik korpusu Vladimir Putin və Donald Tramp
arasında keçiriləcək görüşə hazırlıq çərçivəsində “çox ciddi və
əhatəli” diplomatik fəaliyyət həyata keçirir.
Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi
Mariya Zaxarova bildirib.
Onun sözlərinə əsasən, iki lider arasında artıq ilkin təmas baş
tutub və bu barədə Prezident Administrasiyası tərəfindən açıqlama
verilib.
Zaxarova əlavə edib ki, bu təmasların davamı olaraq Rusiya və
Macarıstan xarici işlər nazirləri səviyyəsində görüşün təşkili
istiqamətində danışıqlar aparıblar.


