Sahibə Qafarova PAİ-nin baş katibi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə
olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası
İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın baş
katibi Martin Çunqonq ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisi ilə
Parlamentlərarası İttifaq arasında mövcud və gələcək əməkdaşlıq
məsələləri müzakirə edilib. Tərəflər bundan əvvəlki görüşləri
məmnunluqla xatırlayaraq, bu kimi təmasların təşkilat və
ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini
qeyd ediblər.

Söhbət zamanı, bu kimi tədbirlərin mühüm beynəlxalq məsələlərin
müzakirəsi baxımından vacib və əlverişli platforma olduğu qeyd
edilib, PAİ-nin təşkilata üzv dövlətlər arasında əməkdaşlığın
dərinləşdirilməsindəki mühüm rolu vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti də təqdir
olunaraq, Azərbaycan Milli Məclisinin sədrliyi ilə təşkilatın
institusional inkişafı və beynəlxalq nüfuzunun artması
istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.