ABŞ Sahil Mühafizəsi iki “Gulfstream” şəxsi təyyarəsi almağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Sahil Mühafizəsi, Daxili Təhlükəsizlik naziri Kristi
Noem, nazirliyin yüksək səviyyəli rəsmiləri və Sahil Mühafizəsinin
vəzifəli şəxsləri üçün 200 milyon dollar dəyərində iki “Gulfstream”
şəxsi təyyarəsi almağı planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə “Washington Post” daxili sənədə
istinadən xəbər yayıb.




Qəzet yazır ki, “Sahil Mühafizəsi Daxili Təhlükəsizlik naziri
Kristi Noem və nazirliyin digər yüksək vəzifəli şəxsləri, Sahil
Mühafizəsi rəsmiləri üçün ümumi dəyəri 200 milyon dollar olan iki ‘Gulfstream’ şəxsi təyyarəsi almağı planlaşdırır.”

Nəşr vurğulayır ki, təlim, xüsusi boya işi və genişləndirilmiş
sərnişin salonu da daxil olmaqla, iki reaktiv təyyarənin dəyəri
ilin əvvəlində bir ‘Gulfstream’ üçün tələb olunan 50 milyon
dollardan xeyli yüksəkdir.