HƏMAS Netanyahunu Qəzza razılaşmasını pozmaqda ittiham edib

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı İsrailin baş naziri Benyamin
Netanyahunu Qəzza zolağında atəşkəs razılaşmasını pozmaqda ittiham
edib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın bəyanatında
bildirilib.




HƏMAS bildirib ki, İsrailin baş nazirinin Misirlə Qəzza zolağı
arasında olan “Rəfah” buraxılışı məntəqəsini açmaqdan imtina etməsi
atəşkəs razılaşmasının kobud şəkildə pozulması və İsrailin
vasitəçilər qarşısında götürdüyü öhdəliklərin “inkarı”dır.

Hərəkatın bəyanatında deyilir ki, nəzarət-buraxılış məntəqəsinin
davamlı olaraq bağlanması, o cümlədən yaralıların ölkəni tərk
etməsinin qarşısının alınması və məhbusların cəsədlərinin axtarışı
üçün texnikanın və ixtisaslaşmış qrupların ölkəyə daxil olması
“ölülərin cəsədlərinin axtarışı və qaytarılmasının ləngiməsinə”
səbəb olacaq.