Muxtar Babayev: İqlim məsələlərinə gənclər mütləq cəlb olunmalıdır

Baş səhifə
COP29

  • 30 sentyabr, 2025
  • 11:22
Muxtar Babayev: İqlim məsələlərinə gənclər mütləq cəlb olunmalıdır

İqlim məsələlərinə gənclər mütləq cəlb olunmalıdır.

“Report” xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) çərçivəsində Gənclərin Rəhbərliyində İqlim Formunda deyib.

Onun sözlərinə görə gənclərin iqlim məsələlərinə dəvət olunması Azərbaycanın gənclər siyasətində göstərdiyi böyük diqqətdən xəbər verir:

“Daim ölkələri iqlim dəyişmələri barədə planlar hazırlamağa çağırırıq. Lakin bu planların tərtibinə gəncləri cəlb etməyi də unutmamalıyıq. Ölkələrin bu təşəbbüsünü dəstəkləmək üçün təhsil, potensialın artırılması və bacarıqların inteqrasiyasının inkişafı baxımından danışıqlar aparırıq. Bununla yanaşı, ekoloji savadlılıq göstəricilərini inkişaf etdirmək üçün yaşıl təhsil tərəfdaşlığı yaradılır. Bununla yanaşı UNICEF COP29 çərçivəsində Azərbaycanın uşaqları iqlim siyasətinin mərkəzinə qoymağı öhdəsinə götürərək Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasın da alqışlamışdı”.

M.Babayev qeyd edib ki, Azərbaycan bu sahədə təşəbbüslərini daim inkişaf etdirəcək.