Milli Məclisin deputatları Ankarada “Üç dövlət, bir millət” adlı iclasda iştirak edəcəklər

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət
Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə,
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və
üzlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası
keçiriləcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri,
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir
Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir
sıra görüşləri də nəzərdə tutulub.