Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Hazırda Yerə yaxın orbitlərdə təxminən 40 min asteroid müşahidə
olunur.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi
Astronomiya İnstitutundan məlumat verilib.

Məlumata görə, Günəş sistemində ümumilikdə bir milyondan çox
belə səma cismi kəşf edilib. Onların əksəriyyəti əsas asteroid
qurşağında — Mars və Yupiterin orbitləri arasında yerləşir.




Qeyd olunub ki, Yerə yaxın asteroidlər ayrıca qrup kimi təsnif
edilir və onlar nisbətən sürətlə aşkar olunur. Bu obyektlər
müxtəlif ölçülərə malikdir və ən böyüklərinin diametri bir
kilometrdən çoxdur.

Alimlər bildiriblər ki, bu asteroidlər arasında həyatları
ərzində azı bir dəfə Yerə yaxınlaşan və ya 7,5 milyon kilometrdən
az məsafəyə qədər yaxınlaşa biləcək potensial təhlükəli obyektlər
də var. Məsələn, diametri bir kilometrdən böyük olan 154 potensial
təhlükəli asteroid qeydə alınıb.