
Bakı. Trend:
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes
Qayana-Esskibonun mənsubiyyəti ilə bağlı uzun illərdir davam edən
ərazi mübahisəsinin həlli üçün Qayananı danışıqlara çağırıb.
Bu barədə Delsi Rodriqes “Telegram” kanalında yazıb.
“[Ərazi mübahisəsinin] istənilən effektiv həlli hər iki ölkə
arasında danışıqların nəticəsi olmalıdır. Hüquqlarımızı müdafiə
edərkən qanunçuluğa və mehriban qonşuluq münasibətlərinə
sadiqliyimizi təsdiqləyirik”, – deyə o yazıb.
Rodriqes Qayananın 1899-cu ildə Parisdə keçirilmiş arbitraj
məhkəməsinin qərarının qanuni hesab edilməsi məqsədilə BMT-nin
Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsini pisləyib.
“127 il əvvəl ərazimizin əhəmiyyətli hissəsini bizdən məhrum
etmək məqsədi daşıyan saxta Paris arbitraj qərarından sonra biz
Qayana-Esskibo ilə bağlı Venesuelanın tarixi mövqeyini bir daha
təsdiqləyirik”, – deyə o qeyd edib.

