
Bakı.Trend:
Sükan arxasında mobil telefondan istifadə zamanı yaranan əsas
təhlükələr açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.
Bildirilib ki, telefona baxan sürücü yolda baş verənləri
vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini
nəzərdən qaçırır.
Həmçinin qeyd edilib ki, telefonla məşğul olan sürücünün
reaksiyası 2-3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr
imkanlarını azaldır.
“Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır,
təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə
bilmir”,-qurumdan əlavə olunub.

