Qızılın qiyməti 3 800 dollar həddindən aşağı enib

Baş səhifə

Bakı. Trend:

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə
fyuçerslərin dəyəri azalıb.

Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası
üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,73% azalaraq
3,797,3 dollarına bərabər olub.




“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr
fyuçerslərinin qiyməti də 3,22% azalaraq 45.83 dollar təşkil
edib.