PSV vaxtından əvvəl Niderland çempionu olub

Baş səhifə

Bakı. Trend:

“PSV Eydhoven” komandası mövsümün bitməsinə 5 tur qalmış
Niderland çempionluğunu riyazi olaraq təmin edib.

Trend xəbər verir
ki, Peter Boszun rəhbərlik etdiyi komanda 29 turdan sonra 71 xalla
turnir cədvəlinin başında qərarlaşıb və dünən “Utrext” üzərində 4:3
hesablı qələbə qazanıb.




İkinci yerdə olan “Feyenoord” isə bu gün “Volendam”la 0:0
hesablı heç-heçə edib və 54 xala yüksəlib. Beləliklə, PSV-ni keçmək
artıq mümkün deyil.

Bu nəticə ilə Eyndhoven klubu tarixində 27-ci dəfə Niderland
çempionu adını qazanıb.