Pakistanda mikroavtobus qəzaya uğrayıb – Çoxsaylı ölü və yaralı var

Baş səhifə

Bakı. Trend:

Pakistanın Pəncab bölgəsində avtomagistralda ağır qəza baş
verib.

Trend bu barədə
xarici KİV-ə isitnadən xəbər verir.

Məlumata görə, sərnişin mikroavtobusu ilə yük maşının toqquşması
nəticəsində azı 8 nəfər həyatını itirib, 13 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb.




Toqquşmadan sonra aşan mikroavtobusdakı qurbanlardan 3-ü eyni
ailənin üzvləri olub. Yerli polis ağır qəzanın sürət həddinin
aşılması səbəbilə baş verdiyini bildirir.

Faktla bağlı cinayət işi açılıb.