
Bakı. Trend:
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 2030-cu ildə prezidentlik
müddəti başa çatdıqdan sonra vəzifəsindən ayrılmaq niyyətində
olduğunu bildirib.
Bu barədə “Dubai Eye” nəşri məlumat yayıb.
Misir lideri bu barədə hərbi akademiyada çıxışı zamanı
danışıb.
“Qarşıdakı dövr – mən 2030-cu ili nəzərdə tuturam – prezidentlik
müddətimin başa çatması ilə yekunlaşacaq. Bu məsələ qəti şəkildə
həll olunub və müzakirə mövzusu deyil”, – deyə Əs-Sisi
bildirib.
Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi 1954-cü ildə Qahirədə anadan
olub və uzun illər Misir ordusunda xidmət edib. O, 2013-cü ildə
prezident Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından
sonra ölkədə əsas siyasi fiqurlardan birinə çevrilib və 2014-cü
ilin iyununda prezident kimi and içərək vəzifəsinin icrasına
başlayıb.

