
Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək
müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri elan
edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
məlumat yayıb.
Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli
əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri
namizədlərin şəxsi səhifələrinə göndərilib:
“28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467
namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı
əldə edib”.
Məlumata görə, müddətli əmək müqaviləsi ilə vakansiya seçimində
uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək zəruri
sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim
etməlidirlər:
Təqdim edilməli sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin
surəti; - əmək kitabçasının əsli (olduğu təqdirdə);
- 3×4 formatında 4 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.
“Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən
təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.
Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə
daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur”,
– deyə məlumatda qeyd edilib.

