Maradonanın Buenos-Ayresdə mavzoleyinin ucaldılması ilə bağlı layihə dayandırılıb

Baş səhifə
Maradonanın Buenos-Ayresdə mavzoleyinin ucaldılması ilə bağlı layihə dayandırılıb

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın paytaxt Buenos-Ayresdə mavzoleyinin ucaldılamsıilə bağlı layihə dayandırılıb.

“Report”un “La Nacion”a istinadən məlumatına görə bu barədə abidənin tikintisinə cavabdeh olan şirkət tərəfindən açıqlama verilib.

Uzun müddətdir obyektdə heç bir iş aparılmadığı bildirilib. Şirkətin açıqlamasında nəzərdə tutulan məkanda belə miqyasda bir layihəni həyata keçirmək üçün zəruri şəraitin və lazımi təminatların olmaması ilə izah edib.

Buna baxmayaraq layihənin saytı işləməyə davam edir və hələ də mavzoleyin tikilməsi üçün 120 min peso (82 dollar) məbləğində ianə etmək mümkündür. Ödəniş edənlər Maradonanın xatirəsinə ucaldılan abidədə görünməsi üçün öz şəkillərini də sayta yerləşdirə bilərlər.

2024-cü ilin oktyabrında məhkəmə tərəfindən qızlarına futbolçunun cəsədini mavzoleyə köçürməsi üçün icazə verilib. Hazırda Maradonanın cəsədi Buenos-Ayresin ətrafında ziyarət üçün bağlı olan özəl qəbiristanlıqdadır.

Qeyd edək ki, Argentina millisinin heyətində dünya çempionu olan Dieqo Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında vəfat edib.