Bakı.Trend:
Son günlər sosial media istifadəçilərinin Mədəniyyət
Nazirliyinin 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialarına
dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun
pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara
hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin
təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim
qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar
yayılmaqdadır:
“Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki,
nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq
hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirlik
tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zəruri
hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi
üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir”.
Qurumdan bildirilib ki, incəsənət nümayəndələrinin dövlət
tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə
gəldikdə isə, Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini
əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir
daha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılıb və
xidməti yoxlama aparılıb:
“Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini
sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə
səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert
proqramlarında çıxış edən ifaçıların seçimi qaydalarına gəlincə
bildirmək istərdik ki, bu seçim tədbirin formatına, konsepsiyasına,
habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasən
aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir”.
Qurumdan əlavə edilib ki, xatırlatmaq istərdik ki, Mədəniyyət
Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş
fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə Nazirliyin
bugünkü fəaliyyətinə kölgə salınması yolverilməzdir.

