Litva potensial müharibəyə hazırlaşır

Baş səhifə

Bakı.Trend:

Litva hərbi təhlükə və ya ciddi böhran vəziyyətində
Vilnüs sakinlərinin təxliyəsi planını hazırlayıb. Marşrutlardan
biri Polşa istiqamətində təxliyəni nəzərdə tutur.

Bu barədə “Polşa radiosu” məlumat yayıb.

Plana əsasən, paytaxt sakinləri üçün üç əsas təxliyə
istiqaməti müəyyən edilib. Marşrutlardan biri Polşa sərhədinə,
digər ikisi isə şimala – Panevejis və Şyaulyay istiqamətinə,
həmçinin qərbə – Kaunas və Klaypeda istiqamətinə aparır.




Polşanın Podlaskie əyalətinin hakimiyyət orqanları da
regionun Baltikyanı ölkələrin sakinləri üçün mümkün tranzit dəhlizi
kimi istifadəsinə hazırlaşır.

Qeyd olunur ki, konkret istiqamət və təxliyə qaydası
təhlükənin baş verdiyi yer və onun miqyasından asılı olacaq.
Avtomobili olan sakinlər əvvəlcədən müəyyən edilmiş marşrutlarla
hərəkət etməli olacaqlar. Müstəqil şəkildə təxliyə oluna bilməyəcək
vətəndaşlar üçün isə bələdiyyə orqanları tərəfindən nəqliyyat
təşkil ediləcək.

Atəşə tutulma təhlükəsi birbaşa yarandığı halda
şəhərdən təxliyə həyata keçirilməyəcək. Belə vəziyyətdə sakinlərə
sığınacaqlarda gizlənmək tövsiyə olunur.