Laçında Müdafiə Nazirliyinin hərbi qulluqçusu minaya düşərək ağır yaralanıb

Baş səhifə

Bakı. Trend:

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın
rayonunda minaya düşüb.

Trend xəbər verir
ki, mina partlayışı nəticəsində hərbçi ağır yaralanıb.




Onun yaxınlarının bildirdiyinə görə, partlayış nəticəsində Vüsal
Cabbarovun ayaqlarından biri amputasiya olunub. Vəziyyəti ağır olan
hərbi qulluqçu hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına
yerləşdirilib.