Küveytin hava hücumundan müdafiə qüvvələri PUA hücumlarını dəf edib

Baş səhifə

Bakı. Trend:

Küveytin hava hücumundan müdafiə sistemləri əmirliyin hava
məkanına daxil olan bir neçə silahlı dronla mübarizə aparmaq üçün
işə salınıb.

Trend-in
məlumatına görə, bu barədə Küveyt Müdafiə Nazirliyi xəbər
verib.




Məlumata əsasən, ölkənin hava hücumundan müdafiə qüvvələri
Küveytdəki bir neçə vacib obyekti hədəf alan pilotsuz uçuş
aparatları hücumlarını dəf edib.

Nazirlik PUA-ların haradan atıldığını bildirməyib, hücumun dəf
edilməsinin effektivliyi barədə məlumat verməyib.