İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşaya səfər ediblər (FOTO)

Baş səhifə

Ağdərə. Trend:

“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda
beynəlxalq konfrans iştirakçıları Ağdərədən sonra Şuşaya səfər
ediblər.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, səfər iştirakçıları Şuşa şəhəri
ilə tanış olub, daha sonra onlar vaxtilə azərbaycanlı
əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz
qaldıqları Şuşa həbsxanasında olub.

Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri,
həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni
məskunlaşma yerlərini ziyarəti nəzərdə tutulur.

xxx
17:03




Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş
şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və
əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın
iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, 9-11 oktyabr tarixlərini əhatə edən
konfrans çərçivəsində bu gün qonaqların Ağdərə rayonunun Ballıqaya
kəndində olacaqlar.

Daha sonra onlar Şuşa şəhərinə səfər edəcəklər.

Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda
olacaqlar.