İsveçrə Krans-Montana yanğınının hər bir qurbanına 12.500 dollar ayıracaq

Baş səhifə

Bakı. Trend:

İsveçrənin Vale kantonunun hökuməti Krans-Montana kurortunda
yerləşən bir barda baş verən yanğın nəticəsində həlak olan 116
nəfərin hər biri üçün, eləcə də ölən 40 nəfərin hər birinin
ailəsinə təcili maliyyə yardımı olaraq 10 min İsveçrə frankı
(təxminən 12 500 ABŞ dolları) ayırmağı öhdəsinə götürüb.

Trend xəbər verir
ki, bu barədə Vale kanton hökumətinin yaydığı mətbuat açıqlamasında
bildirilir.




Bəyanatda qeyd olunur ki, hökumət ictimai tələbləri nəzərə
alaraq ianələr üçün xüsusi hesab yaradıb. Bu hesabın gələcəkdə Vale
kantonu tərəfindən idarə olunan rəsmi fonda çevrilməsi
planlaşdırılır.

Bundan əlavə, hökumət təhlükəsizlik tədbirləri çərçivəsində Vale
şəhərində yerləşən ictimai müəssisələrdə atəşfəşanlıqdan
istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.