İndoneziyada təbii fəlakət qurbanlarının sayı 811-ə çatıb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında baş verən daşqın və torpaq
sürüşmələri nəticəsində ölənlərin sayı 811 nəfərə çatıb. İtkin
düşənlərin sayı isə 623 nəfərdir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, İndoneziyada bir həftədən çox davam edən leysan
yağışlar güclü daşqınlara yol açıb.Suların yaratdığı sellər yaşayış
binalarını, yolları, infrastrukturu dağıdıb, xilasedicilərin
yaşayış məntəqələrinə girişi çətinləşib.

Bundan əvvəl itki sayının 700 nəfər olduğu bildirilir.