HƏMAS özünü yaxşı aparmasa məhvə düçar olacaq – Tramp

Baş səhifə

Bakı. Trend:

Qəzzada heç nə atəşkəsi təhlükə altına qoymayacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin prezidenti
Donald Tramp çıxış edib.

Ağ Ev rəhbəri bunu İsrail və Həmas arasında sərhəddə baş verən
toqquşmanı və tərəflərin bir-birini atəşkəsi pozmaqda ittiham
etməsinə münasibət bildirirərkən deyib.




“Onlar bir israilli əsgəri öldürdülər. Ona görə də israillilər
cavab verdilər. Və onlar cavab verməlidirlər,” Tramp ABŞ-nin bir
nömrəli təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

Trampın sözlərinə görə Həmas Yaxın Şərqdə sülhün çox kiçik bir
hissəsidir və “onlar özlərini yaxşı aparmalıdırlar” .

“Onlar özlərini yaxşı aparacaqlarını dedilər – yaxşı olsalar
xoşbəxt olacaqlar, yaxşı olmasalar məhvə düçar olacaqlar” deyə
Tramp bildirib.