Fransada elektrik enerjisinin qiymətləri ən yüksək səviyyəyə çatıb

Baş səhifə

Bakı. Trend:

Fransada müşahidə olunan güclü istilər fonunda elektrik
enerjisinə tələbatın kəskin artması topdansatış bazarında
qiymətləri son iki ilin ən yüksək səviyyəsinə yüksəldib.
Mütəxəssislər bildirirlər ki, qiymətlər 2023-cü ilin avqust ayından
bəri rekord həddə çata bilər.

İsti hava şəraiti həm ev təsərrüfatlarını, həm də müəssisələri
kondisioner və soyutma sistemlərindən daha intensiv istifadə etməyə
məcbur edib.

Bundan başqa, Fransanın nüvə elektrik stansiyalarında istehsalın
azalması da bazarda qiymətlərin yüksəlməsinə səbəb olub.




Fransanın əsas elektrik istehsalçısı olan nüvə stansiyaları
çaylar və sahilboyu ərazilərdə yerləşdiyi üçün suyun temperaturunun
yüksəlməsi ekosistemlərin qorunması məqsədilə bəzi reaktorların
gücünün azaldılmasını və ya fəaliyyətinin müvəqqəti
dayandırılmasını tələb edib.

Topdansatış bazarındakı qiymətlərə bağlı müqavilələrlə işləyən
şirkətlər artıq əlavə xərclərlə üzləşə bilər.

Ekspertlərin fikrincə, yüksək qiymətlər uzun müddət davam
edərsə, enerji təchizatçıları gələcək dövrlər üçün elektriki daha
baha qiymətə almağa məcbur olacaq və bu, sonradan əhali üçün təklif
olunan tariflərə də təsir göstərə bilər.