Bakı. Trend:
Fransa hökumətinin Müdafiə İnnovasiyası Agentliyi (AID) və
Ukraynanın “Breyv Uan” (Brave1) müdafiə innovasiya mərkəzi
əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bu barədə Fransa Müdafiə Nazirliyi xəbər verib.
Nazirlik qeyd edib ki, imzalanma mərasimi Paris bölgəsində
keçirilən “Eurosatory 2026” beynəlxalq quru silahları sərgisi
çərçivəsində baş tutub.
“Tərəfdaşlıq sazişi Ukrayna və Fransa silahlı qüvvələrinin
maraqları naminə birgə innovativ texnoloji həllərin təşviqi və
hazırlanmasına yönəlib”, – deyə açıqlamada bildirilib.

