Bakı. Trend:
Qrenlandiyalılar təhdidlərə məruz qalmamalıdırlar və adaya
təzyiq qəbuledilməzdir.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın Baş naziri
Mette Frederiksen deyib.
“Biz təhdidlərlə üzləşirik (…). Qrenlandiya xalqı əvvəllər heç
vaxt təhdid olunmayıb, ona görə də bu təzyiq qəbuledilməzdir”, –
deyə o bildirib.
Münxen Təhlükəsizlik Konfransında çıxış edən xanım Danimarkanın
ABŞ ilə əməkdaşlığa hazır olduğunu, lakin Kopenhagenin bəzi
məsələlərdə güzəştə getməyəcəyini vurğuladı.

