Laçın. Trend:
Bu ilin payız əkin mövsümündə 240 ha meşə fondu sahəsində əkin
və səpin işlərinin aparılması nəzərdə tutulur.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər
nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi
qrupunun növbəti iclasında deyib
Onun sözlərinə görə, işğaldan azad edilmiş rayonların ərazi
planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam və
Füzuli rayonları ərazisində ümumilikdə 132 ha yeni yaşıllıq sahəsi
salınıb:
“Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi
sursatlardan təmizlənməsi Planları nəzərə alınmaqla Cəbrayıl,
Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 ha
meşə fondu sahəsində əkin və səpin işləri icra olunub. Həmçinin
meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi
sursatlardan təmizlənməsi Planları nəzərə alınmaqla Cəbrayıl,
Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 ha
meşə fondu sahəsində əkin və səpin işləri icra olunub. Bununla
bağlı, hazırda ərazilərdə torpaq hazırlığı işləri davam
etdirilir”.

