“Beşiktaş” və “Qalatasaray”ın keçmiş prezidentləri saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klublarının keçmiş
prezidentləri Fikrət Orman və Burak Elmas narkotik vasitələrlə
bağlı aparılan istintaqı çərçivəsində saxlanılıblar.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.




Məlumata görə, İstanbul Prokurorluğu tərəfindən məşhurlarla
bağlı aparılan istintaq çərçivəsində 16 nəfər polis tərəfindən
saxlanılıb. Onlar İstanbul Prokurorluğu tərəfindən həyata keçirilən
istintaq çərçivəsində şəhərin Polis İdarəsinin Narkotik Cinayətləri
Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə
aparılıblar.

Bunlar “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman,
“Qalatasaray” futbol klubunun sabiq prezidenti Burak Elmas, Güzide
Duran, Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Sezgin Köysüren,
Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü,
İsmail Behram Perinçekli, Kaan Mellart, Didem Soydan, Onur Talay və
Mustafa Tarivədir.