Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimi keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının
(WTDC-25) açılış mərasimi keçirilir.

Trend xəbər
verir ki, MDB regionunda ilk dəfə olaraq Azərbaycanda baş tutan
tədbir gənclər üçün açıq beynəlxalq platformadır.

Konfrans gənclərin dünya səviyyəsində texnoloji yeniliklər və
trendlər haqqında bilik əldə etməsinə, bu sahədə aparıcı
mütəxəssislərlə tanış olmasına və əməkdaşlıq imkanları yaratmasına
beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına şərait
yaradır.

Tədbir eyni zamanda Azərbaycanın İKT sahəsinin inkişafını bir
daha diqqətdə saxlayacaq və İKT üzrə beynəlxalq əməkdaşlığın
gücləndirilməsinə təkan verəcək.




Konfransa 150-dən artıq ölkədən 2 mindən çox iştirakçının, o
cümlədən 300-dən artıq gəncin qatılacağı gözlənilir.

Qeyd edək ki, MDB regionunda ilk dəfə olaraq Azərbaycanda
keçirilən WTDC-25 noyabrın 17-dən 28-dək davam edəcək.

Xəbər yenilənəcək