Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı
görülən işlər açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqin
(AZCON) Baş kommunikasiya inzibatçısı Əli Əliyev 30-cu Yubiley
Xəzər İnşaat Həftəsinin (“Caspian Construction Week”) ikinci
günündə məlumat verib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə “Azərpoçt” MMC
tərəfindən poçt xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl
tədbirlər həyata keçirilir:




“Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan
rayonunun Ağalı kəndində, Xankəndidə, Şuşada, Laçın və Kəlbəcər
rayonlarında “Azərpoçt” MMC-nin poçt şöbələri fəaliyyətə
başlayıb.
Ərazilərin bərpası prosesində dəqiq və operativ informasiya
təminatını gücləndirmək məqsədilə peyk texnologiyalarından geniş
şəkildə istifadə olunur. “Azərkosmos” tərəfindən fiber-optik
xətlərin və digər rabitə infrastrukturunun hələ mövcud olmadığı
ərazilərdə peyk texnologiyaları vasitəsilə internet və daxili
şəbəkə xidmətləri təmin edilir”.

“Nəqliyyat, rabitə və rəqəmsal infrastruktur sahələrində növbəti
mərhələdə aidiyyəti qurumlarla sıx və koordinasiyalı şəkildə
əməkdaşlıq davam etdiriləcək”, – deyə Ə. Əliyev vurğulayıb.