
Bakı. Trend:
Cari ilin yanvar-avqust Azərbaycandan Türkiyəyə 1,8 milyard ABŞ
dolları dəyərində 6,6 milyard kubmetr təbii qaz (qaz halında) ixrac
olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu
göstərici məbləğ ifadəsində 252,8 milyon ABŞ dolları və ya 12,2
faiz artıb, həcm baxımından isə 42,5 milyon kubmetr və ya 0,6 faiz
azalıb.
Belə ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan
Türkiyəyə təxminən 6,8 milyard kubmetr həcmində, ümumi dəyəri 2,1
milyard ABŞ dolları olan təbii qaz satıb.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan
xarici ölkələrə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16
milyard kubmetr təbii qaz ixrac edilib.

