Azərbaycanda bəzi sahələrdə istilik şəbəkələrinə qoşulma qaydaları dəyişdi

Baş səhifə

Bakı. Trend:

Sifarişçilərin tikinti obyektlərinin istilik enerjisi şəbəkəsinə
qoşulması və ya əlavə enerji alması üçün texniki şərtlərin
verilməsi qaydaları müəyyənləşib.

Trend-in əldə
etdiyi məlumata görə, sifarişçilərin tikinti obyektlərinin şəbəkəyə
qoşulması texniki şərtlər əsasında həyata keçiriləcək.

Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq
ödənilməyəcək.

Tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin
hazırlanması və tikinti obyektindən və ya tikinti obyektinin
yerləşəcəyi torpaq sahəsindən şəbəkənin qoşulma nöqtəsinədək
istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri (istifadə
olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla)
sifarişçinin öz vəsaiti hesabına, onun seçiminə uyğun olaraq
paylayıcı və ya podratçı tərəfindən həyata keçiriləcək.




Yuxarıda nəzərdə tutulan işlər paylayıcı tərəfindən həyata
keçirildiyi hallarda tikinti obyektinin şəbəkəyə qoşulması ilə
əlaqədar layihə ilə yanaşı, smeta sənədləri də hazırlanacaq.

Qeyd edək ki, tikinti obyektinin şəbəkəyə qoşulması ilə əlaqədar
layihə dedikdə tikinti obyektindən şəbəkəyə qoşulma nöqtəsinədək
xəttin çəkilməsinə və ya əlavə enerji (güc) alınmasına dair layihə
sənədləri nəzərdə tutulur.

Paylayıcıya məxsus şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti
obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq
sahəsinə mülkiyyət və ya digər əşya hüquqları əsasında sahiblik
edən şəxslər isə sifarişçi hesab edilir.