Bakı. Trend:
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə III MDB Oyunlarında
fəxri kürsüyə qalxıb.
Trend xəbər verir
ki, o, 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gümüş medal
əldə edib.
Yarışda Rusiya təmsilçisi Aleksandr Filipes qızıl, onun
həmyerlisi Boqdan Toropkin isə bürünc medal qazanıb.

