Azərbaycan Basketbol Liqasında pley-offun bütün cütləri bəlli olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin bütün
cütləri müəyyənləşib.

Trend-in
məlumatına görə, “pley-in” mərhələsində “Sumqayıt” öz meydanında
NTD ilə qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən
görüşdə qonaqlar 95:88 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, ilk oyunda da NTD üstün olmuşdu – 121:107. Bu iki
qələbə sayəsində komanda növbəti mərhələyə adlayıb.

Bundan əvvəl “Naxçıvan”, “Şəki” və “Gəncə” komandaları da
pley-offa yüksəlmişdilər.

Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklər mübarizə
aparacaq:




“Sabah” – “Naxçıvan”

“Abşeron Lions” – “Şəki”

“Neftçi” – NTD

“Ordu” – “Gəncə”