
Bakı.Trend:
Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksi ilə
əlaqəli olan beş Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq
edib.
Bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə
ali nümayəndəsi Kaya Kallas “X” hesabında paylaşım edib.
Kallas sanksiyaların tətbiq olunduğu şəxslərin adlarını
açıqlamayıb.
Aİ Şurasının yaydığı məlumatda bildirilib ki, sanksiya
siyahısına “Serpuxov Metallist Zavodu” ASC-nin baş direktoru Ramil
Batqutdinov və “Krasnoyarsk Maşınqayırma Zavodu” ASC-nin baş
direktoru Aleksandr Dyukarev də daxildir.
Xatırladaq ki, Aİ Rusiyaya qarşı sayca 21-ci sanksiyalar
paketini iyulun 23-də təsdiqləyib. Paketə 170 hüquqi şəxs və 48
fiziki şəxs daxil edilib.
Məhdudiyyətlər Rusiya banklarını, energetika və müdafiə sənayesi
müəssisələrini, eləcə də Aİ-nin iddiasına görə Rusiyaya
sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin şirkətlərini
əhatə edib.

