Bakı. Trend:
Almaniyada meteoroloji müşahidələr tarixində mütləq temperatur
rekordu yenilənib.
Bu barədə Almaniyanın Meteorologiya Xidmətinin (DWD) ilkin
məlumatlarına istinadən DPA agentliyi xəbər verib.
Məlumata əsasən, iyunun 27-də havanın temperaturunun 41,5 dərəcə
Selsiyə çatıb.
Meteoroloqların məlumatına görə, ölkədə temperatur rekordu artıq
ikinci gündür ardıcıl olaraq yenilənir. İlkin maksimum göstərici –
41,5 dərəcə Selsi yerli vaxtla saat 16:20-də Saksoniya-Anhalt
federal torpağının Mekkern-Drevits yaşayış məntəqəsində qeydə
alınıb.
İyunun 26-da DWD Saarbrükken-Burbaxda 41,3 dərəcə temperatur
qeydə almışdı ki, bu da həmin vaxta qədər Almaniyada müşahidələr
tarixində ən yüksək göstərici hesab olunurdu. Şənbə günü isə eyni
meteoroloji stansiyada bu rekord yenidən yenilənib: Saarland
paytaxtının şimal-qərbində yerləşən stansiyada saat 15:00-da
termometr 41,4 dərəcə göstərib.

