Ağ Evin yeni mətbuat katibi bəlli olub

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Keti Zakariyanı Ağ Evin yeni mətbuat
katibi təyin etdiyini açıqlayıb.

Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.

Keti Zakariya hazırda “Tramp Media və Texnologiya Qrupu”nun
kommunikasiya məsələləri üzrə baş müşaviri vəzifəsində çalışır.




“Əminəm ki, Keti Ağ Evin növbəti mətbuat katibi kimi ölkəmiz
üçün yüksək nəticələr göstərəcək, media, Amerika xalqı və
administrasiyamla uğurla əməkdaşlıq edəcək”, – deyə Tramp
bildirib.

Zakariya avqustda administrasiyadan ayrılan Kerolin Livitti əvəz
edəcək.