
Bakı.Trend:
ABŞ istehsal etdiyi döyüş sursatlarının müttəfiqlərinə satışını
müvəqqəti olaraq dayandırıb və onları öz arsenallarını doldurmaq
üçün yönəldib.
Bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax” telekanalına
müsahibəsində bildirib.
“Son vaxtlar döyüş sursatlarını özümüz üçün saxlayırıq, çünki
onların özümüzə ehtiyacı var. Ehtiyatlarımızı kifayət qədər bərpa
etdikdən sonra müttəfiqlərimizə onları yenidən bizdən almağa icazə
verəcəyik”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, ABŞ-nin döyüş sursatı ehtiyatlarının azalması ilə
bağlı narahatlıqlar son aylarda artıb. The Washington Post yazır
ki, Yaxın Şərqdəki müharibə ABŞ-ın əsas silah sistemləri üzrə
ehtiyatlarına ciddi təzyiq göstərib və bu vəziyyət Vaşinqtonun
müttəfiqlərinə silah tədarükünə də təsir edir. The Washington Post
Eyni zamanda, Pentaqon ehtiyatların bərpası məqsədilə silah-sursat
istehsalını sürətləndirir; sentyabrda ABŞ hökuməti AMRAAM
raketlərinin istehsalının artırılması üçün “Raytheon” ilə 20,7
milyard dollarlıq müqavilə imzalayıb.

