
Bakı. Trend:
ABŞ administrasiyası Venesuelədə dağıdıcı zəlzələlərin
nəticələrinin aradan qaldırılması üçün 150 milyon ABŞ dolları
ayıracaq.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Bundan əlavə, təxirəsalınmaz axtarış-xilasetmə əməliyyatları,
hava nəqliyyatı ilə daşınmalar və yardımın əlaqələndirilməsi ilə
yanaşı, ABŞ tərəfdaşlarımız vasitəsilə Venesueləyə yardım məqsədilə
150 milyon ABŞ dolları səfərbər edəcək”, – deyə məlumatda
bildirilir.
Qeyd olunub ki, vəsaitin 50 milyon ABŞ dolları Venesuelədə
fəaliyyət göstərən tərəfdaş təşkilatlara, daha 100 milyon ABŞ
dolları isə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi
İdarəsinə ayrılacaq.

