ABŞ-də bir qallon benzinin orta qiyməti 1 dollar artıb

Baş səhifə

Bakı. Trend:

ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından
bəri Vaşinqton yanacaqdoldurma məntəqələrində bir qallon (3.785
litr) “Regular” benzinin orta pərakəndə satış qiyməti təxminən 1
dollar artıb.

Trend-in
məlumatına görə, bu barədə Amerika Avtomobil Assosiasiyasının
saytında qeyd olunub.




Məlumatlara əsasən, 28 martda Vaşinqtonda adi benzinin orta
qiyməti qallon üçün 4,138 dollara çatıb. Bir ay əvvəl onun qiyməti
3106 dollar təşkil edib. 28 mart tarixində ABŞ-nin bütün
ştatlarındakı yanacaqdoldurma məntəqələrində Regular benzinin orta
qiyməti bir ay əvvəl 2982 dollara qarşı 3976 dollar təşkil
edib.