Bərdədə avtomobil velosipedçini vuraraq öldürüb.
resmixeber.az xəbər verir ki, hadisə Qarağacı kəndində qeydə alınıb.
1969-cu il təvəllüdlü Məhərrəm Hüseynov idarə etdiyi “Mercedes-Benz E240” markalı avtomobillə yolda hərəkətdə olan velosipedçi 1983-cü il təvəllüdlü Babək Musayevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az