Dünya çempionatı: Azərbaycanın minifutbol yığmasının rəqibləri bəlli olub – FOTO

Dünya


Bu gün Birşəlmiş Ərəb Əmirliklərinin Ras Əl-Hayma şəhərində minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparacaq 32 komanda  8 qrupa bölünüb. Mundiala  Avropa çempionu kimi qatılacaq Azərbaycan komandası G qrupunda Tunis, Misir və İraq yığmaları ilə oynayacaq.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-nə kimi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Hayma şəhərində təşkil olunacaq.

www.RESMIXEBER.az