Ukraynanın İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına humanitar liseyin şagirdləri Bakıya 5 günlük səfər ediblər.
Onlar şəhərimizin görməli yerlərində olublar.
Təəssüratlarını bölüşən ukraynalı şagird Aleksandra Şevçuk bildirib ki, Bakı mülayim və xoş insanlarla dolu gözəl şəhərdir: “Möhtəşəm arxitekturası və ənənələrilə yaddaqalan şəhərdir. Bura səfər bizi 100 faiz ruhlandırdı”.
Digər ukraynalı şagird Mariya Slava isə Heydər Əliyev Mərkəzində və SOCAR-ın muzeyində olduqlarını deyib: “Ən çox bizim diqqətimizi akademik Zərifə Əliyeva adına lisey çəkdi. Oranın şagirdlərilə dostlaşdıq”.
Daha ətrafı Baku TV-nin süjetində:
www.RESMIXEBER.az