ARTE telekanalı Qarabağın mirvarisi olan Şuşa və minalarla çirklənmə barədə reportaj hazırladı – VİDEO

Cəmiyyət


“Azərbaycan üçün Şuşaya gedən yol qələbə simvolu hesab olunur”.

Bu fikirlər Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE telekanalının Qarabağla bağlı hazırladığı videoreportajda yer alıb.

“Bu, Qarabağ dağlarında (Azərbaycan tərəfindən) çəkilmiş yeni yoldur. Azərbaycan üçün Şuşaya – qarşısında Qarabağ mənzərəsi açılan qala şəhərinə gedən bu yol qələbə simvolu hesab olunur… Birinci müharibə nəticəsində əsasən azərbaycanlıların yaşadığı Şuşa şəhəri işğal olundu… Azərbaycan Prezidenti İlham Əliyev atasının Qarabağın mirvarisi olan Şuşanı və 90-cı illərdə itirilmiş əraziləri geri qaytarmaq barədə vəsiyyətini yerinə yetirdi”, – deyə kanal qeyd edib.

resmixeber.azajda Ermənistanın işğalı nəticəsində Qarabağdan didərgin salınmış 700 min azərbaycanlı məcburi köçkünün problemlərindən bəhs edilir.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə bağlı məlumat verən telekanal minalarla çirklənmə probleminə də diqqət çəkib.

“Bura Ağdamdır. 1980-ci illərə qədər 100 000-dən çox əhalisi olan bu şəhər bölgənin ticarət mərkəzi idi. Burada təhlükə yerin altındadır. 30 il ərzində Ermənistan silahlı qüvvələri burada 150 mindən çox mina basdırıblar”, – deyə videoreportajda qeyd edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir