Təcili tibbi yardım maşını yolda qaldı – Köməyə FHN çatdı

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Türkədi kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində avtomobilin yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir